Gürcüstan baş nazirinin aparat rəhbəri istefa verib

  • 23:05 - 11 Sentyabr

Gürcüstanın hökumət administrasiyasının aparat rəhbəri Giorgi Çoladze istefa verib.

Bu barədə G.Çoladze “Facebook” səhifəsində yazıb.

O, bu gün hökumət administrasiyasının aparat rəhbəri vəzifəsində sonuncu iş gününün olduğunu bildirib.

Qeyd edək ki, qonşu ölkənin hökumət administrasiyasının aparatı strukturu ötən ilin iyulunda yaradılıb. Baş nazirin aparatına ictimaiyyətlə əlaqələr, protokol və xarici əlaqələr üzrə şöbələr tabedir. 

 

 


Oxunma sayı: 5875

Oxşar yazılar