Mahir Əmrəlinin atası evinin qarət olunmasından danışdı

  • 22:37 - 11 Sentyabr

Azərbaycan yığmasının və "Qarabağ" klubunun futbolçusu Mahir Əmrəlinin mənzili qarət olunub.

Məşhur futbolçunun Sulutəpə qəsəbəsində yerləşən evindən 20 min dollar, 17 min manat, mobil telefonlar və 5 min manatlıq qızıl əşyaları (ümumilikdə 60 min manatlıq) oğurlanıb.

Məlum olub ki, oğurluq edən şəxs (yaxud şəxslər) mənzilə pəncərədən daxil olublar.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Report


Oxunma sayı: 6172

Oxşar yazılar