Messi Çempionlar Liqasındakı ilk oyunu buraxa bilər

  • 20:46 - 11 Sentyabr

İspaniyanın "Barselona" komandasının futbolçusu Lionel Messinin avqustun əvvəlində sağ ayağından aldığı zədə hələ sağalmayıb.

32 yaşlı hücumçu, böyük ehtimalla, UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda komandasına kömək edə bilməyəcək.

Daha öncə bildirilib ki, argentinalı oyunçu La Liqanın IV turunda keçiriləcək "Valensiya" ilə ev matçında iştirak etməyəcək.

Qeyd edək ki, "Barselona" Çempionlar Liqasındakı ilk oyununu sentyabrın 17-də səfərdə Almaniya "Borussiya"sına (Dortmund) qarşı keçirəcək. "Barselona" - "Valensiya" dueli isə sentyabrın 14-də olacaq. 

Report


Oxunma sayı: 5743

Oxşar yazılar