Kanada parlamenti buraxıldı

  • 11 Sen - 2019

Kanadada oktyabrın 21-də parlament seçkiləri keçiriləcək.

Bu barədə ölkənin baş naziri Castin Trüdo xalqa müraciətində bildirib.

“Bir neçə dəqiqə əvvəl Kanada baş qubernatoru parlamentin buraxılmasına dair ərizəmi qəbul etdi. Oktyabrın 21-də kanadalılar seçki məntəqələrinə gedəcək”, - hökumət başçısı qeyd edib.

Mövcud qaydalara əsasən, baş nazir səhər saatlarında baş qubernator Jüli Peyettin paytaxt Ottavadakı iqamətgahına gələrək parlamenti buraxmaqla bağlı ərizəsini təqdim edib. Bununla da ölkə tarixində sayca 43-cü parlament seçkilərinə başlanılmış olub.

Report


Oxunma sayı: 617

Oxşar yazılar