Fransada iki nazir güllə ilə hədələndi

  • 11 Sen - 2019

Fransanın ictimai fəaliyyət və hesablaşmalar naziri Jerald Darmanin və iqtisadiyyat naziri Bruno le Merin ünvanına naməlum şəxslər hədələyici məktublar göndərib.

Naməlum şəxslər tərəfindən göndərilən məktubun içinə güllə qoyulub və ölüm təhdidləri yazılıb.

Bildirilir ki, B. Mer artıq üçüncü dəfədir oxşar məzmunlu məktub aldığını söyləyib. O, birincisinin 24-27 avqust tarixlərində keçirilmiş G-7 sammiti zamanı ona məxsus bağ evini “havaya uçurması” hədəsi ilə ifadə edərək Bayon şəhər polisinə göndərildiyini, ikincisinin isə bilavasitə şəxsən özünə qarşı təhdidlər yazılaraq iqamətgana gəldiyini qeyd edib.

Ötən gün yenidən təhdid olunan nazir qeyd edib ki, məktubun içinə üç güllə qoyulub. Bunlardan ikisinin ona, birinin isə J.Darmaninə “hədiyyə” edildiyini əlavə edib.

Virtualaz.org


Oxunma sayı: 562

Oxşar yazılar