Azərbaycanın daha bir boksçusu dünya çempionatına qələbə ilə başladı

  • 18:15 - 11 Sentyabr

Rusiyanın Yekaterinburq şəhərində kişi boksçular arasında keçirilən dünya çempionatının üçüncü yarış günündə Azərbaycan millisinin daha bir üzvü mübarizəyə qoşulub.

7 kq çəkidə yarışan Tayfur Əliyev 1/32 final mərhələsində Tiaqo Puqno (İsveçrə) ilə üz-üzə gəlib. Döyüş Əliyevin asan qələbəsi ilə yekunlaşıb – 5:0 (30:27, 30:25, 30:26, 30:25, 30:26).

O, 1/16 finalda ilk mərhələdən azad olan türkmənistanlı Yazmurat Qurbanovla qarşılaşacaq. Görüş sentyabrın 15-də keçiriləcək.

Qeyd edək ki, milli üzvlərindən Amin Kuşkov (75 kq) da 2 gün öncə ilk döyüşünü qələbə ilə başa vurub.

Report


Oxunma sayı: 12145

Oxşar yazılar