"İşdən atılan, yuvaları başlarına yıxılan insanların ahı üzərindən siyasət inşa edilməz" - Ərdoğan İmamoğlunun üzünə söylədi

  • 11 Sen - 2019

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Külliyəsində keçirdiyi görüşdə şəhər bələdiyyə sədrlərinə müraciət edib. 

Avropa.info xəbər verir ki, nitqinin bir hissəsini CHP bələdiyyələrində işdən çıxarmalara ayıran Ərdoğan özünün İstanbul bələdiyyəsi sədri olduğu dövrdə bir nəfərin belə çörəyi ilə oynamadığını deyib.

CHP İstanbul Böyükşəhər Bələdiyyəsi sədri Əkrəm İmamoğlu, Ankara Böyükşəhər Bələdiyyəsi sədri Mansur Yavaş və İzmir Böyükşəhər Bələdiyyəsi sədri Tunç Soyerin də iştirak etdiyi proqramda çıxış edən prezident Ərdoğan bu sözləri deyib:

“Çölə atılan, canları yanan, yuvaları başlarına yıxılan insanların ahı üzərindən nə siyasət, nə ədalət, nə də xidmət inşa edilə bilməz. Son aylar bəzi bələdiyyələrimizdə baş verən hadisələri üzüntü ilə təqib edirik. Bizlər İBB başına keçdiyimizdə bir nəfərin belə çörəyi ilə oynamadıq. Kimsəni çörəyindən etmədik. Nə maşınlara, nə də personala vaxt ayırmadıq. Xidmətlə məşğul olduq. Sizlərə Uca Allahdan uğurlar diləyirəm. Təşrifləriniz üçün hər birinizə uğurlar diləyirəm”.

Xatırladaq ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin CHP-li sədri Əkrəm İmamoğlu AK Partiya bələdiyyəsi dövründə xidmət sahələrində işə götürülən 1500-ə qədər işçini telefonla göndərilən bir mesajla işdən çıxarıb.

Avropa.info


Oxunma sayı: 3169

Oxşar yazılar