Ukraynada hərbi anbar yenidən partladı

  • 11 Sen - 2019

Ukraynanın Vinnitsa bölgəsindəki hərbi anbarlarda bir neçə dəfə partlayış hadisəsi baş verib.

Bu barədə “Qromadsk” televisiyası Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

"Zərərçəkənlər yoxdur, hazırda hadisə yerində xüsusi qurumların birqadaları işləyir”, - deyə nazirlikdən dörd dəfə partlayış hadisəsini təsdiqləyiblər.

Şahidlərin  verdiyi məlumata görə, partlayış nəticəsində arsenal ərazisində meşə yanıb.

Qeyd edilir ki, Kalinovkadakı anbarlarda 2017-ci ilin payızında da partlayış hadisəsi baş verib. Partlayışdan sonra qeydə alınan yanğınlar iki gün ərzində söndürülüb. Fövqəladə hadisə nəticəsində Ukrayna ordusu 32 min ton silah itirib. Dəymiş ziyanın məbləği 800 milyon dollar olub.

Virtualaz.org


Oxunma sayı: 672

Oxşar yazılar