Son dəqiqə : Türkiyə kəşfiyyatı və ordusundan Qəndildə böyük əməliyyat : PKK terror təşkilatının 2 əsas "lideri" məhv edildi (FOTO)

  • 11 Sen - 2019

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT)  və Silahlı Qüvvələrinin Qəndildə PKK-ya qarşı keçirdiyi birgə əməliyyat nəticəsində terror təşkilatının "liderlərindən" olan, "qırmızı" kateqoriyada axtarışa verilən Gülüzar Tural məhv edilib.

Avropa.info xəbər verir ki, MİT və TSK Qəndildə terrorçulara təlim verilən bir binada əməliyyat həyata keçirib. Əməliyyat nəticəsində PKK/KCK "idarə şurası"nın üzvü, "Pelşin Tolhidan" kod adlı Gülüzar Tural öldürülüb.  

Terror təşkilatının "liderlərindən" sayılan Gülüzar Turalın Türkiyənin terror siyahısında "qırmızı" kateqoriyada axtarıldığı və başına pul mükafatı təyin edildiyi bildirilir. 

Başlıksız-1_161

Əməliyyat nəticəsində Gülüzar Turalla bərabər terror təşkilatının qadın qolu sayılan KJK-nın "idarə şurası"nın üzvü, "Jiyan Qarzan" kod adlı Saliha Kaytar da məhv edilib.

1993-cü ildə terror təşkilatı PKK-ya qatılan Gülüzar Tural, 1999-cu ildən etibarən terror təşkilatının idarəçiliyinə cəlb olunub.
 

Terrorçu Saliha Kaytar isə tibb təhsili almasının ardından 1993-cü ildə  Diyarbəkirdə xəstəxanada işlədiyi dövrdə PKK-ya qoşulub. 2006-2009-cı illərdə  terror təşkilatının tapşırığı ilə  Rusiyada fəaliyyət göstərib. Bu ildən etibarən isə terror təşkilatının "rəhbərliyinə" cəlb olunub.

Avropa.info


Oxunma sayı: 4511

Oxşar yazılar