Əli Kərimlinin mühafizəçisinə 30 sutka həbs cəzası verildi

  • 13:19 - 11 Sentyabr

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Ruslan Əmirli həbs edilib.

Yasamal rayon Məhkəməsi R. Əmirli barəsində 30 sutka həbs cəzası çıxarıb.  

Ruslan Əmirli İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə təqsirli bilinir.

Qeyd edək ki, Ruslan Əmirli AXCP sədri Əli Kərimlinin mühafizəçisidir.

APA


Oxunma sayı: 9241

Oxşar yazılar