Son dəqiqə : Məhkəmədən Arda Turana həbs qərarı - Qanunsuz silah gəzdirmə

  • 12:39 - 11 Sentyabr

Futbolçu Arda Turanın müğənni Berkayla məhkəməsində qərar verilib. 

Avropa.info xəbər verir ki, İstanbulun Çağlayan rayonu məhkəməsində keçirilən prosesdə Arda Turan "cinsi təcavüz" ittihamlarından bəraət alarkən, qəsdən xəsarət yetirmə və qanunsuz silah gəzdirmə maddələrindən 1 il həbs cəzası alıb. 

Xatırladaq ki, müğənni Berkay futbolçu Arda Turanın İstanbuldakı restoranların birində həyat yoldaşına söz atdığını və ona xəsarət yetirdiyini iddia edərək, polisə müraciət etmişdi. Arda Turan isə bu iddiaları təkzib edirdi. 

Dünyaca məşhur türk futbolçu Arda Turan "Qalatasaray" , "Atletiko" Madrid, "Barselona" klublarının formasını geyinib. 32 yaşlı futbolçu hazırda Türkiyənin "Başakşəhər" futbol klubunda oynayır.


Oxunma sayı: 7327

Oxşar yazılar