Həbib Nurməhəmmədov 3-cü dəfə ata olacaq

  • 12:11 - 11 Sentyabr

Yüngül çəkidə UFC çempionu, Rusiya döyüşçüsü Həbib Nurməhəmmədovun ailəsində artım gözlənilir.

H. Nurməhəmmədov tezliklə növbəti dəfə ata olacaq. Bu övlad idmançı üçün üçüncü olacaq.

“Həbibin iki uşağı var. Üçüncünü gözləyirik”, - “Sport24.ru” nəşri döyüşçünün atası Əbdülmanap Nurməhəmmədovun sözlərini sitat gətirib.

Qeyd edək ki, H. Nurməhəmmədovun şəxsi həyatı haqda az məlumat var - idmançı evlidir, 2015-ci ilin iyununda qız, 2017-ci ilin dekabrında isə oğlu dünyaya gəlib.

Qafqazinfo


Oxunma sayı: 8020

Oxşar yazılar