"Trabzonspor”un skautları “Qarabağ”ın hücumçusu ilə marqlanırlar

  • 11:11 - 11 Sentyabr

Futbol üzrə Azərbaycan millisinin Bakıda Xorvatiya yığması ilə 1:1 hesablı heç-heçə etdiyi AVRO-2020-nin seçmə oyununu Türkiyənin “Trabzonspor” klubunun skautları da izləyiblər.

“Fotospor”un verdiyi məlumata görə, Qara dəniz təmsilçisinin nümayəndləri yığmanın və “Qarabağ”ın hücumçusu Mahir Emrelini bəyəniblər.

Bildirilir ki, “Trabzonspor”un skautları gələcəyə yatırım məqsədi ilə baş məşqçi Ünal Karamanın təlimatına əsasən oyunçu axtarırlar.

Qeyd edək ki, Türkiyə mətbuatında daha öncə də “Trabzonspor”un Mahir Emreli ilə maraqlandığı yazılıb.

Report


Oxunma sayı: 5512

Oxşar yazılar