Bu rayonlarda qaz verilişi dayandırılacaq

  • 10:19 - 11 Sentyabr

Sumqayıt, Şamaxı və Ağstafanın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

Avropa.info xəbər verir ki, “Azəriqaz” İB-nin verdiyi məlumata görə, yeni çəkilmiş qaz kəmərlərinin mənbəyə birləşdirilməsi, aşkar olunmuş qaz sızmasının ləğvi, eləcə də qaz xətlərində təmir və sazlama işlərinin aparılması məqsədilə bu gün saat 10:00-dan 17:00-dək Şamaxı rayonunun mərkəzində və 1 qəsəbədə, həmçinin saat 10:00-dan Sumqayıt şəhərinin Kimyaçılar, Kotec qəsəbələrində, Xəzər bağları yaşayış sahəsində və bir neçə məhəllədə, saat 14:30-dan isə Ağstafa rayonunun bir hissəsində qaz təchizatı dayandırılacaq.


Oxunma sayı: 8372

Oxşar yazılar