Kriştianu Ronaldo Robbi Kinin rekordunu yenilədi

  • 10:05 - 11 Sentyabr

Avropa çempionatlarının seçmə mərhələlərinin yeni rekordu qeydə alınıb.

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo qol sayında mütləq rekord vurub.

34 yaşlı hücumçu AVRO-2020-nin Litva ilə seçmə oyununda (5:1) dörd dəfə fərqlənib. Bununla da onun qitə çempionatlarının seçmə mərhələlərindəki qollarının sayı 25-ə çatıb.

Bu göstərici Avropada yeni rekorddur. Portuqaliyalı İrlandiya yığmasında 23 qol vuran Robbi Kinin göstəricisini iki top geridə qoyub.

APA


Oxunma sayı: 7514

Oxşar yazılar