Çavuşoğlu: “Türkiyə daha bir uğursuzluğa dözə bilməz”

  • 10 Sen - 2019

"Boş danışıqlar naminə Kipr məsələsinin tənzimlənməsi ilə bağlı danışıqlara başlamağın heç bir mənası yoxdur".

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

XİN rəhbəri bildirib ki, qarşı tərəflə nəticəyə hesablanmış danışıqlar aparmaq lazımdır: "Kiprdəki vəziyyəti həll etmək üçün biz elə danışıqlar aparmalıyıq ki, nəticə versin. Daha bir uğursuzluğa Türkiyə və Kipr tərəfi dözə bilməz. Boş danışıqlar xatirinə görüş keçirməyin mənası yoxdur. Danışıqlar müəyyən olunmuş çərçivədə keçirilməlidir".

Azvision.az xatırladır ki, Kipr 1974-cü ildən etibarən Yunanıstan və Türkiyə arasında faktiki olaraq bölünüb. Kiprin yenidən birləşməsi ilə bağlı danışıqlar BMT-nin vasitəçiliyi ilə aparılır. Lakin 2017-ci ildə növbəti mərhələnin uğursuzluğundan sonra danışıqların nə vaxt davam edəcəyi bilinmir.


Oxunma sayı: 573

Oxşar yazılar