Vəkillər Kollegiyası vəkil Adil İsmayılovun səlahiyyətlərini dayandırdı

  • 10 Sen - 2019

Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkil Adil İsmayılovun səlahiyyətlərinin bir il müddətinə dayandırılması barədə qərar qəbul edib.

Qərar hər iki tərəfin uzun sürən intizam icraatı araşdırması nəticəsində İntizam Komissiyasının rəyi əsasında qəbul edilib.

Adil İsmayılovun özü Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında iştirak etsə də, cəzalandırılmasının səbəbləri barədə hələ açıqlama verməyib.

Bununla belə, virtualaz.org öyrənə bilib ki, Adil İsmayılovun cəzalandırılmasına başqa bir vəkil-Sahil Quliyevin şikayəti səbəb olub.

Belə ki, Sahil Quliyev Adil İsmayılovun onu sosial şəbəkələrdə əsassız olaraq təhqir etməsi, qanun pozuntularında, hüquqşünasların İntizam Məcəlləsini kobud şəkildə pozmaqda və şərəfsizlikdə ittiham etməsi ilə bağlı Vəkillər Kollegiyasına müraciət edib.

Sahil Quliyev həmkarlarını Adil İsmayılovun hərəkətlərinə qiymət verməyə çağırıb. Vəkilə öz həmkarından üzr istəmək təklif olunub, amma Adil İsmayılov bundan imtina edib və bu da onun cəzalandırılmasına gətirib çıxarıb.

Virtualaz.org


Oxunma sayı: 1299

Oxşar yazılar