Türkiyədə HDP-li deputatın Parisdə yaşayan qızının şok görüntüləri yayıldı : Övladları PKK-ya qaçırılan analar dərd içində, HDP-lilərin uşaqları... (Fotolar)

  • 10 Sen - 2019

Terror təşkilatı PKK-nın siyasi qolu HDP tərəfindən aldadılaraq dağa qaçırılan uşaqlarını xilas etmək istəyən kürd analar, HDP-nin  Diyarbəkir ofisinin qarşısında günlərdir aksiya keçirirlər. 

Avropa.info xəbər verir ki, övladlarını PKK terror təşkilatının əlindən almaq istəyən analara dəstək gündən-günə artarkən, PKK-nın siyasi qolu HDP-nin liderlərinin uşaqlarının həyat tərzi gündəmə gəlib. 


 

Türkiyə mətbuatında HDP-nin həmsədri Pərvin Buldanın övladının ölkə xaricindəki dəbdəbəli həyatı ilə bağlı fotoların yayılmasından sonra, indi də HDP-nin HDP Adana millət vəkili Kamal Peközün qızının şəkilləri yayılıb. 

HDP-li Peközün Fransanın paytaxtı Parisdə yaşayan qızı Hevi Peköz, bəzən İspaniyada, bəzən isə ABŞ-da dəbdəbəli həyat sürür. Dərdli kürd anaların uşaqları terror təşkilatı tərəfindən qaçırılarkən, HDP-li Peközün qızı dünyanın hər yerini gəzərək gününü gün edir.  



 


Oxunma sayı: 4005

Oxşar yazılar