Putin 30-a yaxın general və polkovniki istefaya göndərdi

  • 10 Sen - 2019

Rusiya Prezidenti Vladimir Putin hüquq-mühafizə orqanlarındakı 30-a yaxın general və polkovniki istefaya göndərib.

Virtualaz.org “Kommersant”-a istinadən xəbər verir ki, vəzifədən Rusiya İstintaq Xidmətinin Krımdakı Baş İstintaq İdarəsinin rəhbəri general-leytenant Mixail Nazarov və Dağıstan İstintaq İdarəsinin rəhbəri general-leytenant Sergey Dubrovinin azad edildiyi də bildirilir.

Qeyd edilir ki, Dubrovinlə birgə onun müavini Tuqay Tuqayevin də vəzifədən azad edilib.

Dubrovinin istefa haqqında raport yazılıb. Bunun Qaraçay-Çərkəz Respublikasından olan keçmiş senator Rauf Araşukov və atası Raulun cinayət işlərinin araşdırılması ilə əlaqədar olduğu vurğulanıb.


Oxunma sayı: 727

Oxşar yazılar