Ukrayna Azərbaycanda fəxri konsulluq açmağı planlaşdırır

  • 12:05 - 10 Sentyabr

"Ukrayna Azərbaycanda fəxri konsulluq açmağı planlaşdırır".

Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ukrayna səfirliyi Azərbaycanda bir sıra, o cümlədən iqtisadi-ticarət əlaqələri sahəsində layihələr həyata keçirmək, yəni Ukraynanın fəxri konsulluğunu açmaq niyyətindədir.

"Bu, əlaqələrimizi genişləndirməyə yardım edəcək. Artıq konsul vəzifəsinə namizədlər də var", - V.Kanevski söyləyib.

Report


Oxunma sayı: 914

Oxşar yazılar