Luka Modriç Azərbacanla oyun barədə: "Nəticəyə görə məyusuq"

  • 11:47 - 10 Sentyabr

“Arzulanan üç xalı əldə edə bilmədik”.

Bunu Xorvatiya milli komandasının futbolçusu Luka Modriç deyib.

2018-ci ildə dünyanın ən yaxşı oyunçusu seçilən yarımmüdafiəçi AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycanla Bakıdakı oyunu haqda fikirlərini açıqlayıb. Matç günü 34 yaşını qeyd edən L.Modriç 1:1 hesablı heç-heçəyə üzüldüyünü gizlətməyib: “İlk 20 dəqiqədə yaxşı oynadıq. Qol vurduq və daha 2-3 dəfə fərqlənməyə yaxın olduq. Amma sonra istər-istəməz arxayınlaşdıq. Rəqibə qol şansları yaratmaq imkanı verdik. Bu nəticəyə görə məyusuq. Çünki qalib gələcəyimizi gözləyirdik. Görünür ki, biz işimizi çətinləşdiririk. Amma qarşıda üç matçımız var. Ümid edirəm ki, Avropa çempionatının final mərhələsinə yüksələcəyik. Macarıstanla növbəti görüşdə azarkeşlərimizin dəstəyini və qələbəmizi gözləyirəm”.

APA


Oxunma sayı: 5897

Oxşar yazılar