Azərbaycanda illik inflyasiya açıqlandı

  • 11:29 - 10 Sentyabr

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,6%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,3%, qeyri-ərzaq mallarının qiymətləri 1,3%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,7% artıb.

Avropa.info xəbər verir ki,  Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin avqust ayında iyul ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,3%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,8% enib, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1% artıb, qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalıb.

Qeyd edək ki, Azərbaycan hökuməti bu ilin sonuna ölkədə inflyasiyanın 3,8% təşkil edəcəyini proqnozlaşdırır. Ötən il Azərbaycanda inflyasiya 2,3% təşkil edib.


Oxunma sayı: 21055

Oxşar yazılar