Prezident İlham Əliyev Giorgi Qaxariyanı baş nazir seçilməsi münasibətilə təbrik edib

  • 09 Sen - 2019

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Giorgi Qaxariyanı Gürcüstanın Baş naziri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.

Avropa.info xəbər verir ki, dövlət başçısı bildirib ki, Azərbaycan ilə Gürcüstanı tarixən təşəkkül tapmış dostluq və mehriban qonşuluq əlaqələri birləşdirir.

"İnanıram ki, bu xoş ənənələrə əsaslanan dövlətlərarası münasibətlərimiz və strateji tərəfdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.

Sizə ən xoş arzularımı yetirir, dost Gürcüstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm", - deyə Azərbaycan Prezidentinin təbrik məktubunda qeyd olunur.


Oxunma sayı: 441

Oxşar yazılar