Karlos Qonun maliyyə fırıldağı “Nissan” konserninə 327 milyon dollar zərər vurub

  • 09 Sen - 2019

Yaponiyanın “Nissan” konserninin sabiq rəhbəri Karlos Qonun fırıldaqları kompaniyaya 35 milyard yen (327 milyon dollar) zərər vurub.
Bu barədə “Nissan” konserninin direktorlar şurasının sədri Yasusi Kimura mətbuat konfransında deyib.
“Karlos Qon barədə daxili təhqiqatımız ötən ilin oktyabr ayından davam edir. Biz onun fırıldağı səbəbindən kompaniyaya dəyən ümumi zərərin 35 milyard yen olduğunu hesablamışıq. Bununla əlaqədar məhkəməyə müvafiq iddia irəli sürmək niyyətindəyik”, - deyə Yasusi Kimura bildirib.
Fransa və Yaponiyanın ortaq “Renault-Nissan-Mitsubishi” avtomobil alyansının sabiq rəhbəri Karlos Qonla bağlı qalmaqal fonunda “Nissan” konserni diqqət mərkəzində qalmaqda davam edir. Qon aprel ayında 500 milyon yen (təxminən 4,5 milyon dollar) girov müqabilində həbsdən azad olunub. O, Tokio şəhərindəki evindən çıxa və hətta məhkəmənin icazəsi olmadan həyat yoldaşı ilə görüşə bilməz.


Oxunma sayı: 804

Oxşar yazılar