Nurməhəmmədov-Poryen döyüşünü internetlə 10 milyon nəfər izləyib

  • 18:52 - 09 Sentyabr

UFC çempionu kəmərini qətiyyətlə qoruyan Həbib Nurməhəmmədovla Dastin Porye arasında döyüşün internet yayımına 10 milyon istifadəçi baxıb.
“Döyüşün internetdə canlı yayımını 10 milyondan çox istifadəçi izləyib və ona 26 milyon baxış olub. Rusiyanın “Birinci kanal”ının saytında döyüşə 4 milyona yaxın insan baxıb”, - deyə kanalın mətbuat xidməti bildirib.Həmçinin televiziya kanalının saytınz bzxış sayı da sentyabrın 7-də dörd dəfə artıb və 4,6 milyona çatıb.
Xatırladaq ki, sentyabrın 7-də Həbib Nurməhəmmədov üçüncü raundda boğucu fəndlə amerikalı Dastin Porye üzərində qələbə qazanaraq ikinci dəfə UFC çempionu titulunu qoruya bilib. Bu, indiyə qədər heç bir döyüşü uduzmayan 30 yaşlı dağıstanlı idmançının 28-ci qələbəsidir.


Oxunma sayı: 5688

Oxşar yazılar