ABŞ S-400-ə görə Türkiyəyə qarşı birtərəfli sanksiya tətbiq edə bilər

  • 09 Sen - 2019

ABŞ Türkiyəyə qarşı birtərəfli şəkildə sanksiya tətbiq edə bilər. 

Bu barədə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib. 

Onun sözlərinə görə, buna səbəb Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksi almasıdır.  

Nazir deyib ki, sanksiyaların tətbiqi məsələsi araşdırma mərhələsindədir.  

Qeyd edək ki, 2017-ci ildə ABŞ-da “Sanksiyalar yolu ilə ABŞ-ın düşmənlərinə qarşı mübarizə” adlı federal qanun qəbul edilib.

 

 

apa


Oxunma sayı: 1002

Oxşar yazılar