AŞPA-nın məruzəçisi Azərbaycan hökumətinə təşəkkür etdi

  • 09 Sen - 2019

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Torhildur Sunna Evarsdottir Azərbaycan hökumətinə təşəkkür edib.

APA-nın AŞPA-nın saytına istinadən verdiyi xəbərə görə, bu barədə məruzəçinin Azərbaycana 3 günlük səfərinin yekunları ilə bağlı məlumatda bildirilib.

“Mən rəsmi görüşlər keçirdiyimə və ümumilikdə mənim səfərimi asanlaşdırdığına görə Azərbaycan hökumətinə təşəkkür etmək istərdim. Bu konstruktiv münasibət, görüşdüyüm insanların bu çətin və həssas problemi müzakirə etməyə və həll yolu tapmaq üçün Avropa Şurası ilə birlikdə işləməyə hazır olması məni ruhlandırdı. Dörd məhbusdan əlavə, bir sıra hökumət tənqidçiləri, vətəndaş cəmiyyəti fəalları, jurnalistlər, hüquqşünaslar və QHT nümayəndələri, habelə yerli diplomatik icma üzvləri ilə görüşə bildim. Bu intensiv səfər, hazırkı vəziyyəti nəzərdən keçirmək və daha çox irəliləyiş üçün tövsiyələr verəcək hesabatım üçün möhkəm bir zəmin yaratdı. Ümid edirəm bu ilin sonuna qədər hesabatımı Assambleyanın Hüquq Məsələləri Komitəsinə təqdim edəcəm", - deyə o bildirib.


Oxunma sayı: 386

Oxşar yazılar