Azərbaycanlı gənc “Mançester Siti”nin futbol akademiyasında

  • 16:18 - 09 Sentyabr

Azərbaycanlı gənc istedad iki həftə ərzində Mançester şəhərinə gedərək ingilis dilini öyrənməklə yanaşı, İngiltərə çempionlarının məşqçilərinin rəhbərliyi altında oyun bacarıqlarını inkişaf etdirib.

16 yaşlı Teymur uşaqlar arasında QNET şirkəti tərəfindən təşkil olunan müsabiqənin qalibi seçilib. Yarışın şərtlərinə uyğun olaraq, hər iştirakçı öz bacarığını nümayiş etdirən videoçarx təqdim etməklə yanaşı, ozü haqqında ümumi məlumatları dərc etməli idi. Yarışın əsas şərtlərindən biri isə müsabiqə iştirakçısı peşəkar futbol məktəbinin təmsilçisi olmamalı idi.

Teymur uşaqlıqdan Bakıda yaşayır, yeganə istəyi isə futbolçu olmaqdır: “Bütün dostlarım mənim dəli və xəyalpərəst olduğumu düşünürlər, çünkü mənim böyük arzularım və məqsədlərim var. Yeganə istəyim - peşəkar və yüksək səviyyəli futbolçu olmaqdır. Bəli, çox çətin olacağını bilirəm, təcrübəsiz olduğumu anlayıram, amma öz üzərimdə işləməyə hazıram. Dayanmadan məşq etmək istəyirəm və bundan yorulmayacağıma əminəm”.  

Əvvəlki illərdə QNET şirkətinin təşkil etdiyi müsabiqəyə əsasən, Cənub-Şərqi Asiya yeniyetmələri arasında keçirilib. Bu il isə seçim MDB ölkələri arasında aparılıb. Şirkətin əsas məqsədi yeni istedadlar tapmaq və yeniyetmələrə özlərini sübut etmək imkanı yaratmaqdır.

Müsabiqə qaliblərinin proqramı həqiqətən də çox zəngin və rəngarəngdir. Onlar iki həftə ərzində 30 saat ingilis dili və futbol dərslərində iştirak etmək hüququ qazanıblar. Müsabiqə qalibləri Mançester şəhərində özlərini futbolçu, idman şərhçisi, icmalçı və jurnalist kimi sınayıblar. Futbol məşqləri isə “Mançester Siti” futbol klubuna məxsus “Etihad” stadionunda keçirilib. QNET şirkəti qaliblərin bütün xərclərini qarşılayıb. Hər bir şagird üçün fərdi otaq ayrılıb. Proqram qaliblərininin asudə vaxtlarının səmərəli keçirmələri üçün kampusda Sky TV, idman konsolları, bilyard masası, təlim sahələri və kinoteatr zalı fəaliyyət göstərir. İstirahət günləri isə ekskursiyalar keçirilir.

Mançesterdən geri dönən Teymurun ən çox bəyəndiyi sitat Konor Makqreqora aiddir: “Zəhmət bəhrə verir, xəyallar gerçəkləşir" və ümid edir ki, bu şüar onun arzularına aparan yolda yardımçı olacaq.


Oxunma sayı: 7767

Oxşar yazılar