Səhiyyə Nazirliyi: Sabirabadda iki nəfərin qarayaraya yoluxması ilə bağlı araşdırmalara başlanılıb

  • 09 Sen - 2019

Sabirabad rayonunda 34 və 26 yaşlarında iki kişi rayon mərkəzi xəstəxanasına gətirilib. 

Avropa.info xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, həkimlər onlara qarayara diaqnozu qoyublar. 

Qeyd olunub ki, hazırda xəstəxananın İnfeksion şöbəsində müalicə alan xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir. 

Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb, artıq araşdırmalara başlanılıb.


Oxunma sayı: 408

Oxşar yazılar