Gəncənin rəzalət içində olan Təcili Tibbi Yardım Xəstəxanası : Dövlətin təmir üçün ayırdığı pullar hara gedir? (VİDEO)

  • 09 Sen - 2019

"Gəncə şəhər 3 nömrəli Təcili Tibbi Yardım Xəstəxanası qərb bölgəsində təyinatına görə ən böyük tibb müəsissələrindən biridir. Adınadan məlum olduğu kimi bu səhiyyə ocağına hər an xəstələr müraciət edir.Xəstəxananın şöbələrində antisanitariya höküm sürür."

Bu sözlər bir qrup Gəncə sakininin Avropa.info-ya göndərdiyi müraciətində deyilir. Sakinlər iddia edirlər ki,  adı çəkilən tibbi müəsissəsinə təmir üçün dövlət tərəfindən dəfələrlə pul ayrılsa da, ayrılan vəsait mənimsənilib. Sakinlər bu məsələdə Gəncə Səhiyyə İdarəsinin yeni rəisi Nazim Əhmədovu ittiham edirlər. 

 Gəncə Səhiyyə İdarəsinin Nazim Əhmədov

"Ölkəmizin iqtisadi durumunun yaxşılaşdığı, iqtisadi tərəqqinin olduğu bir vaxtda Gəncə şəhər 3 nömrəli Təcili Tibbi Yardım Xəstəxanasının binası məhv olmaq üzrədir. Hərçənd, dövlət tərəfindən xəstəxananın təmiri üçün dəfələrlə pul ayrılsa da, rəis Nazim Əhmədov ayrılan vəsaiti ünvanı üzrə xərcləmir. Gəncə şəhər 3 nömrəli Təcili Tibbi Yardım Xəstəxanasına yeni təyin edilən baş həkim Qafar İbrahimova isə tapşırılıb ki, tibbi personalın vəsaitləri hesabına xəstəxananı təmir etdirsin. Hazırda xəstəxanada həkimlərdən, digər tibb işçilərindən təmir üçün pul yığılır. Əlaqədar dövlət orqanlarından məsələyə müdaxilə etmələrini və bu özbaşnalığa son qoyulmasını xahiş edirik" - Gəncə sakinlərinin müraciətində belə deyilir. 


Oxunma sayı: 2850

Oxşar yazılar