“Mançester Siti” 1 milyard avrodan artıq pul xərcləyən klub kmi tarixə düşdü

  • 14:23 - 09 Sentyabr

“CIES Football Observatory” Avropa klublarının transfer fəaliyyəti ilə bağlı araşdırmalarının nəticələrini açıqlayıb.

Hesablamalar göstərib ki, İngiltərə təmsilçisi “Mançester Siti” heyətinin formalaşmasına ən çox vəsait xərcləyən komanda olub.

“Şəhərlilər” indiki futbolçuları üçün 1 milyard 14 milyon avro pul ödəyib. Mançester təmsilçisi futbol tarixinə 1 milyard avro səddini keçən ilk klub olub.

Fransanın PSJ komandası heyətin komplektləşməsinə 913, İspaniya “Real”ı 902 milyon avro xərcləyib.

1. Mançester Siti (İngiltərə) – 1014 milyon avro
2. PSJ (Fransa) – 913 milyon avro
3. Real (İspaniya) – 902 milyon avro
4. Mançester Yunayted (İngiltərə) – 751 milyon avro
5. Yuventus (İtaliya) – 719 milyon avro
6. Barselona (İspaniya) – 697 milyon avro 
7. Liverpul (İngiltərə) – 639 milyon avro
8. Çelsi (İngiltərə) – 561 milyon avro
9. Atletiko (İspaniya) – 550 milyon avro
10. Arsenal (İngiltərə) – 498 milyon avro

APA


Oxunma sayı: 5314

Oxşar yazılar