DİN İmişlidə bir ailənin 5 üzvünün öldüyü qəza barədə məlumat yaydı

  • 14:08 - 09 Sentyabr

Daxili İşlər Nazirliyi (DİN) İmişli rayonununda 5 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Avropa.info xəbər verir ki, DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 9-da saat 01 radələrində İmişli rayonunun Əliqulular kəndi ərazisində Bakı şəhər sakini İlqar Şamxalov idarə etdiyi “Opel Vectra” markalı avtomobili yolun kənarındakı su kanalına (kollektora) aşırıb.

Avtomobil kanaldan çıxarılıb, sürücü və sərnişinləri - qardaşı Etibar, onun arvadı Mərziyyə, oğlu Elnur və onun arvadı Afət Kərimova suda boğulublar.

Hadisə ilə bağlı İmişli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Oxunma sayı: 6821

Oxşar yazılar