Avro-2020: Bu gün Azərbaycan Xorvatiya yığması ilə qarşılaşır

  • 13:24 - 09 Sentyabr

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində bu gün “Bakcell Arena”da Azərbaycan - Xorvatiya oyunu keçiriləcək.

CBC Sport televiziya kanalında canlı yayımlanacaq qarşılaşmanı isveçrəli hakimlər briqadası idarə edəcək. Baş hakim Sandro Scharer, köməkçiləri Stephane De Almeida, Alain Heiniger və Fedayi Sandır.

Matç saat 20:00-da başlayacaq.

Qeyd edək ki, E qrupunda ilk dövrədən sonra Xorvatiya 4 oyuna 9 xalla 2-ci pillədə qərarlaşıb. Hələ xal qazana bilməyən Azərbaycan isə sonuncu - 5-ci pillədədir.

Onu da qeyd edək ki, bu komandalar indiyədək 3 dəfə üz-üzə gəliblər. İki oyun Xorvatiyanın qələbəsi (6:0, 2:1) ilə nəticələnib, bir oyun isə heç-heçə (0:0) başa çatıb.


Oxunma sayı: 8493

Oxşar yazılar