Naməlum qırıcılar Suriya-İraq sərhədindəki İran hərbi bazasını yenə də bombaladı - Ölənlər var

  • 09 Sen - 2019

Dünən gecə Suriya-İraq sərhədindəki Əl-Bukamal şəhəri yaxınlığında yerləşən, bir müddət əvvəl istismara verilən İran hərbi hissəsi naməlum təyyarələr tərəfindən bombalanıb.

Avropa.info xəbər verir ki, Suriya İnsan Haqları Monitorinq Qrupunun yerli mənbələrə istinadən verdiyi məlumata görə, İranın zirehli texnika, raket sistemləri və hərbçilərinin olduğu hərbi hissə dünən gecə 12:30 radələrində havadan bombalanıb. Bombardman zamanı 18 İran dəstəkli terror qruplarının üzvlərinin öldüyü bildirilir.

Ərəb mətbuatının yazdığına görə, naməlum təyyarələr Əbu-Bukamal şəhərində İranın Pasdaran ordusuna və “Haşdi Şabi”yə məxsus hərbçiləri vurub.

Hadisənin məsuliyyətini hələ heç kəs öz üzərinə götürməyib.

Qeyd edək ki, Əl-Bukamal şəhərində Livan və İraq “Hizbullah”ı ilə yanaşı “Nucəba”, “Fatimiyun” və “Zeynəbiyun briqadası” terror qruplarının üzvləri də var. 

Xatırldaq ki, Suriya-İraq sərhədində yerləşəm Əl-Bukamal şəhərindəki İran hərbi hissəsi keçən həftə də bombalanmış, 55 İran dəstəkli terrorçu öldürülmüşdü.


Oxunma sayı: 2212

Oxşar yazılar