Əsəd qüvvələri Türkiyənin İdlibdəki nəzarət məntəqəsinin ətrafını top atəşinə tutdu

  • 09 Sen - 2019

Əsəd rejiminə məxsus silahlı qüvvələr İdlibin cənubunda Şermehar bölgəsində yerləşən Türkiyə nəzarət məntəqəsinin ətrafını top atəşinə tutub.

Avropa.info xəbər verir ki, Suriya İnsan Haqları Monitorinq Qrupunun hesabatına görə, Suriya ordusunun artilleriya hissələri tərəfindən açılan atəş nəticəsində Türkiyə nəzarət məntəqəsinin ətrafında xeyli sayda partlayış olub.

Qeyd edək ki, Şermehar bölgəsində yerləşən Türkiyə nəzarət məntəqəsi Astana prosesi çərçivəsində yaradılan 12 məntəqədən biridir.


Oxunma sayı: 771

Oxşar yazılar