Bakılı Sankt-Peterburqda qubernator seçkisində liderdir

  • 09 Sen - 2019

Sankt-Peterburq qubernatoru vəzifəsini müvəqqəti icra edən, müstəqil namizəd Aleksandr Beqlov 64,58% səslə şəhər başçısı seçkisində liderlik edir.

"Novosti"yə xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının protokolların 95%-ni hesablamasından sonra yaydığı məlumatda qeyd olunub.

Ədalətli Rusiya Partiyasından namizəd olan Nadejda Tixonova 16,87%, Vətəndaş Platforması Partiyasından olan Mixail Amosov isə 15,9% səs toplayıb.

Sankt-Peterburq Seçki Komissiyasının məlumatına görə, dünən baş tutmuş şəhər qubernatoru seçkisində seçicilərin fəallığı Moskva vaxtı ilə saat 18:00-da 23,69% təşkil edib.

Qeyd edək ki, Aleksandr Beqlov 1956-cı il mayın 19-da Bakıda anadan olub.

Report


Oxunma sayı: 562

Oxşar yazılar