Polis məscidlər ətrafında gücləndirilmiş iş rejiminə keçdi

  • 10:12 - 09 Sentyabr

Aşura mərasimləri ilə əlaqədar ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini ilə əlaqədar paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaqdır. 

Avropa.info xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsininMətbuat Xidməti məlumat yayıb. Bakının bütün məscid və ziyarətgahların ətrafında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazilərə əlavə polis naryadları cəlb olunacaqdır.

Dini ayinlərin keçiriləcəyi yerlərdə ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatı həyata keçilməklə, müəyyən edilən ünvanlardan kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcəkdir. 


Oxunma sayı: 5523

Oxşar yazılar