Azərbaycan güləşçisi Zaqrebdə çempion olub

  • 23:53 - 08 Sentyabr

Xorvatiyanın paytaxtı Zaqrebdə çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsi keçirilib.

İlk yarış günündə qrup mərhələsinin görüşləri baş tutub. 

Azərbaycan təmsilçisi Oyan Nəzəriani (+90 kq) Serbiya güləşçiləri - Sabolk Horvat və Dorde Pesuta 3:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. 

İkinci yarış günündə həlledici qarşılaşmalar olub. O. Nəzəriani yarımfinalda gürcü Mamuka Kordzaya (1:0), finalda isə yunan Yannis Karqiotakis (3:0) üzərində qələbə qazanaraq çempion olub. 


Oxunma sayı: 5479

Oxşar yazılar