İmişlidə tələbə adı qazanmış məzunlarla görüş keçirilib

  • 08 Sen - 2019

Ali məktəblərə bu ilki qəbul imtahanlarının nəticələri  rayonumuzun məzunları üçün uğurlu olub. Belə ki, ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 525 nəfər imişlili məzundan 306  nəfəri tələbə adını qazanıb. 

Avropa.info xəbər verir ki, qəbul imtahanlarında məzunlardan 44 nəfəri 500 baldan, o cümlədən 11 nəfər isə 600 baldan yuxarı nəticə göstərib. 2018-2019-cu tədris ilinin yekunlarına görə, məktəbi xüsusi nailiyyətlərlə başa vuran İmişli şəhər 1saylı məktəbin məzunu Ağaşov Turqut Rövşən oğlu Təhsil Nazirliyi tərəfindən qızıl medala layiq görülüb.
     Bu barədə rayon ictimaiyyətinə sentyabrın 5-də İmişli rayon Heydər Əliyev Mərkəzində ali məktəblərə qəbul imtahanlarında yüksək bilik nümayiş etdirərək tələbə adını qazanmış gənclərlə keçirilən görüşdə məlumat verilmişdir.
   Tədbirdə rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev çıxış edərək, ölkəmizdə təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışmış, tələbə adını qazanan gəncləri təbrik edərək, onlara təhsildə uğurlar arzulamışdır. O bildirmişdir ki, İmişli təhsili son illər bütün göstəricilər üzrə ölkə təhsilinin ön sıralarında qərar tutur. Ötən dövrdə rayonda təhsilin infrastrukturunun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, keyfiyyətinin yüksəldilməsi istiqamətində çox böyük işlər görülüb. Son 15 ildə rayonda 28 yeni məktəb binası tikilib istifadəyə verilib. Hazırda rayonun Aranlı kəndində 132,Qızılkənd kəndində 624 şagird yerlik yeni məktəb binası tikilmiş,Muradxanlı kəndində isə bir modul tipli 56 şağird yerlik modul tipli məktəb quraşdırılmışdır.Hər üç məktəbdə yeni tədris ilində şagirdlərin istifadəsinə verilməsi üçün son tamamlama işləri gedir.
    Rayon Təhsil Şöbəsinin müdiri Əlamdar Quliyev çıxış edərək,keçən tədris ilinin yekunları haqqında ümumui məlumatlar verdi və bir saylı məktəb rekord göstərici göstərərək 39 məzununtələbə adını qazandığını bildirdi.Təhsil şöbəsinin müdiri bir daha vurğuladı ki,onlar yeni tədris ilini daha yüksək göstəricilərlə başa vuracaq və bununçün yetərincə potenisiala malikdirlər.
    Tədbirin sonunda 5 saylı məktəbin direktoru Validə Zülfüqarovaya "Azərbaycan Cümhuriyyətinin Yüz İlliyi Medalı", qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlar isə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən  mükafatlar təqdim edildi.

 

 

 

 


Oxunma sayı: 1530

Oxşar yazılar