Gürcüstanda vergi intizamı sərləşdiriləcək

  • 17:53 - 08 Sentyabr

Gürcüstanda yaxın gələcəkdə vergi intizamı sərtləşdiriləcək.

“Report” xəbər verir ki, bu barədə ölkənin baş naziri vəzifəsinə namizəd Giorgi Qaxaria parlamentdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, biznes vergi intizamının sərtləşdirilməsini dəstəkləyəcək: “Bizim kifayət qədər liberal vergi qanunvericiliyimiz var. Lakin bəzi dəyişikliklər olacaq. Bu dəyişikliklər biznesin marağında olacaq. Belə ki, oyun qaydaları hamı üçün bərabər olmalıdır”.

G.Qaxaria həmçinin bildirib ki, korrupsiyaya qarşı mübarizə hökumətin daimi fəaliyyət istiqaməti olacaq. O qeyd edib ki, ölkədə rüşvətxorluğa qarşı bütün növ mübarizə vasitələri var.


Oxunma sayı: 1145

Oxşar yazılar