Son dəqiqə: Türkiyə ordusu Suriyada PKK/PYD-nin işğal etdiyi ərazilərə girdi

  • 08 Sen - 2019

Suriyada Fərat çayının şərqində güvənli bölgə üçün Türkiyə silahlı qüvvələri və ABŞ əsgərlərinin birgə ilk əməliyyatı başlayıb.


Avropa.info xəbər verir ki, Şanlıurfanın Akçaqala rayonunun 30 kilometrliyində 6 zirehli hərbi vasitədən ibarət olan Türkiyə silahlı qüvvələrinin konvoyu Suriya ərazisinə girdi. Bununla birgə ABŞ ordusuna aid zirehli texnika həmin əraziyə gəlib.

Türkiyə silahlı qüvvələri və ABŞ əsgərləri Türkiyə sərhədindən Suriyanın PKK YPG tərəfindən işğal edilən Telabiyat rayonunun cənubuna doğru hərəkət edirlər.

Türkiyə Müdafiə nazirliyinin rəsmi tvitter səhifəsi üzərindən etdiyi açıqlamada Suriyanın Şimalında güvənli bölgə üçün fəaliyyətə başladıqlarını bəyan edib.


Oxunma sayı: 5160

Oxşar yazılar