Fransada "sarı jiletlilər"in növbəti aksiyasında 120-dən çox nümayişçi saxlanılıb

  • 08 Sen - 2019

Parisdə “sarı jiletlilər”in etiraz aksiyasında azı 89 nəfər saxlanılıb.

Bu barədə “Parisien” qəzeti paytaxt polisinə istinadən məlumat yayıb.

Bildirilir ki, şənbə günü keçirilən nümayişlərdə Fransada 120 nəfərdən çox – Parisdə 89 nəfər, Ruanda 26 nəfər, Bordoda 6 nəfər və Monpelyedə 2 nəfər saxlanılıb. Paris küçələrində onlarla nümayişçi küçələrə çıxıb.

 

“Parisdəki nümayişlər zamanı hüquq-mühafizə qüvvələrinin iştirakı xüsusilə kobud rəftara görə 89 nəfərin həbs olunmasına imkan yaradıb”, - deyə polisin məlumatında qeyd olunur.

 

 

 


Oxunma sayı: 969

Oxşar yazılar