Pakistan Hindistan Prezidentinin təyyarəsini öz hava məkanına buraxmadı

  • 07 Sen - 2019

İslamabad, Nyu-Delhinin Hindistan Prezidenti Ram Nath Kovindin təyyarəsinin Pakistan hava məkanı üzərindən uçması üçün icazə verməsinə dair xahişini rədd edib.

Bu barədə məlumatı şənbə günü Pakistanın Xarici İşlər naziri Mehmud Qureşiyə istinadən "Agence France-Presse" (AFP) yayıb.

"Biz bu qərarı Hindistanın davranışına əsaslanaraq verdik", - deyə o bildirib.

Nazir qeyd edib ki, Hindistan Pakistandan bazar günü İslandiyaya səfər etmək niyyətində olan Kovindanın təyyarəsinin uçması üçün hava məkanından istifadə mümkünlüyü barədə soruşub. İslamabad buna imtina ilə cavab verib.


Oxunma sayı: 694

Oxşar yazılar