İmişlidə 8 yaşlı uşaq kanala yıxılaraq boğulub

  • 07 Sen - 2019

İmişli rayonunda uşaq kanalda boğulub.

Hadisə bu gün saat 16:00 radələrində İmişli rayonu Cəfərli kəndi ərazisində yerləşən şor su kollektorunda baş verib.

2011-ci il təvəllüdlü Tağıyev Əli Faiq oğlu su kollektorunun üzərindəki taxta körpüdən keçərkən yıxılaraq suya düşüb və batıb. Uşağın meyiti saat 19:00 radələrində kənd sakinləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Fakt araşdırılır.

report


Oxunma sayı: 694

Oxşar yazılar