Bakıda keçmiş məhkum mağazanın vitrinindən qızıl-zinət əşyaları oğurladı

  • 21:05 - 07 Sentyabr

Paytaxtda mağazanın vitrinindən qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən virtualaz.org verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 22-ci Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində sentyabrın 6-da rayon ərazisindəki mağazaların birinin vitrinindən 2500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş A.Aslanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 5765

Oxşar yazılar