Sumqayıtda mənzildən Rusiya vətəndaşının meyiti tapılıb

  • 07 Sen - 2019

Sumqayıtda mənzildən meyit tapılıb. 

Şəhərin 10-cu mikrorayon ərazisində, ev 62 ünvanında mənzillərdən birində kişi meyiti aşkar olunub.

Ölən şəxsin Rusiya Federasiyasının vətəndaşı 1961-ci il təvəllüdlü Uszenov Vyaçeslav Maqammedoviç olduğu müəyyən edilib.

Onun Sumqayıta anasının yas mərasiminə gəldiyi bildirilir. Yas mərasimindən sonra ondan xəbər olmadığını görən qonşular müvafiq qurumlara müraciət ediblər.

Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. 


Oxunma sayı: 397

Oxşar yazılar