Prezident İlham Əliyev Şimali Makedoniyanın dövlət başçısını təbrik edib

  • 07 Sen - 2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovskiyə təbrik məktubu ünvanlayıb. 

Avropa.info-nun məlumatına görə, təbrik mətnində deyilir: 

"Hörmətli cənab Prezident,

Şimali Makedoniyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və rifah diləyirəm".


Oxunma sayı: 573

Oxşar yazılar