İranın nüvə proqramını bərpa etməsi ABŞ və Avropanı narahat edir

  • 07 Sen - 2019

Xəbər verdiyimiz kimi, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş direktoru vəzifəsini icra edən Kornel Feruta sentyabrın 8-də İrana səfər edəcək.

K.Ferutanın Tehranda İranın Atom Enerjisi üzrə Agentliyinin rəhbəri Əli Əkbər Salehi və Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ilə görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, rəsmi Tehran nüvə proqramını bərpa etdiyini bəyan etdikdən dərhal sonra K.Ferutanın Tehrana səfərə hazırlaşması təsadüfi xarakter daşımır.

İran və Qərb mətbuatında dərc olunan materialların təhlili göstərir ki, həm ABŞ, həm də Avropa ölkələri İranın nüvə proqramını bərpa etməsindən narahat olublar. Buna görə də, İranı danışıqlara razı salmaq üçün beynəlxalq agentliyin rəhbərini Tehrana göndəriblər.


Oxunma sayı: 661

Oxşar yazılar