"Biz bəzən əlacsız qaldıq" - Qaret Beyl

  • 10:59 - 07 Sentyabr

"Azərbaycan oyunu çətinləşdirdi. Biz bəzən əlacsız qaldıq".

 AFP xəbər verir ki, bu fikirləri Uels millisinin futbolçusu Qaret Beyl Azərbaycanı məğlub etdikləri (2:1) AVRO-2020-nin seçmə mərhələ matçında sonra söyləyib.

30 yaşlı hücumçu ilk yarıda yaxşı çıxış etmədiklərini deyib. İspaniya "Real Madrid"ində çıxış edən oyunçu görüşdə xarakter göstərdiklərini sözlərinə əlavə edib: "Bu qələbə bizim üçün dönüş nöqtəsi olacaq. Hamımız inanırıq ki, Avropa çempionatına qatıla bilərik. Sona qədər şanslarımızı saxlayacağıq".

Qeyd edək ki, Azərbaycan millisi növbəti matçını evdə Xorvatiyaya qarşı keçirəcək. "Bakcell Arena"dakı matç sentyabrın 9-da saat 20:00-da başlayacaq. 


Oxunma sayı: 13179

Oxşar yazılar