Türkiyədən Bakıya gələn sərnişin avtobusu yük maşını ilə toqquşdu - Ölən və yaralananlar var (Foto)

  • 10:23 - 07 Sentyabr

Şəmkir rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil magistral yolunun rayonun Sarıtəpə kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Türkiyədən Bakıya gələn sərnişin avtobusu hərəkədə olarkən arxadan “SHACMAN" markalı yük maşınına çırpılıb. Qəza zamanı avtobusda olan sərnişinlərdən bir nəfəri ölüb.

Çoxlu sayda yaralılar var. Yaralılar xəstəxanaya yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.

***

Səhiyyə Nazirliyindən erilən məlumata görə, təcili tibbi yardıma çağırış gecə saat 04.04-də daxil olub. Bir nəfər aldığı xəsarətlərdən hadisə yerində ölüb. 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.  

Səhər saat 08:20-də baş həkimin verdiyi məlumata əsasən, xəstəxanada 2 kişi və 4 qadın qalıb. Kişilərdən biri komadadır, vəziyyəti kritikdir.

***

Şəmkir rayonunda sərnişin avtobusunun yük maşınına çırpılması nəticəsində xəsarət alanların adları məlum olub. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, bunlar Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Çinarə Eyub qızı İmamxanova, 1992-ci il təvəllüdlü Xəyyam Ümidvar oğlu Mirəliyev, 1966-cı il təvəllüdlü Göyçək Mehralı qızı Sərxanova, 1946-cı il təvəllüdlü Qələm Cavad qızı Süleymanova, 1978-ci il təvəllüdlü Arzu Mətləb qızı Kazımova, 1957-ci il təvəllüdlü Gülsüm Məhəmmdağa qızı Əliyeva, 1989-cu il təvəllüdlü Növrəstə Qardaşxan qızı Babayeva, 1997-ci il təvəllüdlü Nicad Gəray oğlu Əliyev, Günel Qurbanəliyeva, Sevinc Əmiraslanova, Türkiyə vətəndaşları Darmış Ruzin və 1983-cü il təvəllüdlü Şener Yavuz Süleyman. 

Yaralılardan ikisinin vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulub.


Oxunma sayı: 7800

Oxşar yazılar